Bank

Aqşin Əmirov: Heç bir maşın insan qədər məsuliyyət daşımır

ABB-nin Risk Ofisinin rəhbəri Aqşin Əmirov risklərin idarə olunması, süni intellektin yaratdığı təhdidlər və gələcək bankçılığın arxitekturası ilə bağlı fikirlərini bölüşüb.

ENA.az xəbər verir ki, risklərin artıq banklar üçün kənardan gələn təhlükə deyil, sistemin daxilində mövcud olan çağırışa çevrildiyini vurğulayan A. Əmirov süni intellektdən istifadə etməklə həyata keçirilən hücumların dünyada narahatlıq yaratdığını bildirib.

Onun fikrincə, risk mütəxəssisləri əyilsə də, sınmayan bankçılıq modelinin formalaşmasında mühüm rol oynayırlar.

A. Əmirov gələcəkdə nəzarət proseslərində maşınların rolunun artacağını qeyd edərək bildirib ki, insanların əsas vəzifəsi sistemləri düzgün layihələndirmək, texnologiyaları sorğulamaq və məsuliyyəti öz üzərinə götürmək olacaq.

“Çünki heç bir maşın insan qədər məsuliyyət daşımır”, – deyə o vurğulayıb.

ABB rəsmisinin fikrincə, risk cəsarət tələb edir, lakin uğura aparan yol müdrik cəsarətdən keçir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)