Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri sentyabrda 31 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Təkcə sentyabrda isə bu sektorda 282,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 30,6 % çoxdur.
Bu ilin ilk 9 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda ÜDM istehsalı illik müqayisədə 1,5 % artaraq 102 milyard 48,2 milyon manat təşkil edib.



















