Türkiyənin xəstəxanası Azərbaycanda nümayəndəlik açıb
Türkiyənin “İstanbul Florence Nightingale Hastanesi” Anonim Şirkətinin Azərbaycandakı nümayəndəliyi dövlət qeydiyyatına alınıb.
ENA.az xəbər verir ki, nümayəndəlik 29 iyul 2026-cı il tarixində qeydiyyata alınıb.
Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 74, giriş F olaraq göstərilib.
Nümayəndəliyin qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı Aran Sinan Nazifdir.



















