Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

ABŞ Binance hücumundan əldə edilən kriptoaktivlərin müsadirəsi üçün iddia qaldırıb

ABŞ Binance hücumundan əldə edilən kriptoaktivlərin müsadirəsi üçün iddia qaldırıb
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ABŞ Binance-dən oğurlanan 1,1 milyard dollarlıq kriptovalyutanı geri almaq istəyir.

ENA.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Şimali Koreya ilə əlaqəli hakerlərin Binance kriptovalyuta birjasından oğurladığı 1,1 milyard dollardan çox rəqəmsal aktivin müsadirə edilərək geri qaytarılması üçün məhkəməyə müraciət edib.

Nazirliyin açıqlamasına görə, söhbət “Circle Internet Financial” şirkətinin buraxdığı USDC stabilkoinində olan və oğurluqdan əldə edilərək qanunsuz yollarla yuyulduğu bildirilən vəsaitlərdən gedir. Həmin aktivlər ABŞ hökumətinin müraciəti əsasında daha əvvəl dondurulub.

Məhkəmə iddiası Binance-dən oğurlanmış 6 milyard dollardan artıq kriptoaktivin geri qaytarılmasına yönəlmiş daha genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, oktyabrın 29-da baş vermiş hücumdan sonra hökumət müxtəlif mənbələrdən ümumilikdə 3 milyard dollara yaxın kriptoaktivin dondurulmasına, müsadirəsinə və ya geri qaytarılmasına kömək edib.

İş üzrə ABŞ Federal Təhqiqat Bürosu (FBI), Məxfi Xidmət və Daxili Gəlirlər Xidmətinin Cinayət Araşdırmaları bölməsi araşdırma aparır. ABŞ rəsmiləri hücumun Şimali Koreya ilə əlaqəli kiberaktorlara aid olduğunu bildirirlər.

Xatırladaq ki, oktyabrın 29-da Binance-in rəqəmsal pul kisələrinə qarşı həyata keçirilən hücum nəticəsində 6,3 milyard dollardan çox kriptovalyuta oğurlanıb. Bu hadisə kriptovalyuta tarixində ən böyük oğurluq hadisələrindən biri kimi qiymətləndirilir. Binance müştərilərin itkilərini öz vəsaiti hesabına qarşıladığını və oğurlanmış aktivlərin geri qaytarılması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib. (Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə