Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq xidmətlərindən yararlanır

ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq xidmətlərindən yararlanır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ABB-də 16 NVIDIA B200 GPU-dan ibarət yüksək məhsuldarlıqlı süni intellekt infrastrukturu yaradılıb.

ENA.az xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda ABB-nin baş informasiya inzibatçısı Nihat Şenyuva bildirib.

Onun sözlərinə görə, bu investisiya bankın həssas məlumatları öz nəzarətində saxlamasına, eyni zamanda böyük dil modelləri və süni intellekt agentlərini hazırlamaq və işlətmək imkanlarını genişləndirməsinə şərait yaradır.

N.Şenyuva qeyd edib ki, hazırda ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır.

“Təxminən 40 min müştərimiz süni intellekt köməkçilərimiz vasitəsilə 250 mindən çox uğurlu bank əməliyyatı həyata keçirib. Müştərilərimiz süni intellekt texnologiyalarından gündəlik bank əməliyyatlarında fəal şəkildə istifadə edirlər”, – deyə o bildirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə