Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Anthropic səhmləri IPO qiymətindən aşağı düşüb

Anthropic səhmləri IPO qiymətindən aşağı düşüb
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ENA.az xəbər verir ki, süni intellekt şirkəti Anthropic-in səhmləri noyabrın 24-də Nyu-York birjasında ilkin kütləvi təklif (IPO) zamanı müəyyən edilmiş 83 dollarlıq qiymətdən aşağı enib.

Ticarətöncəsi əməliyyatlarda şirkətin səhmləri 7,3%-dək ucuzlaşaraq 81,28 dollara düşüb. Beləliklə, noyabrın 19-da Nasdaq-da başlayan ticarətin ilk günlərində əldə edilən qiymət artımı tamamilə silinib.

Xatırladaq ki, Anthropic səhmləri birjada ilk ticarət günündə 111,50 dollardan açılmış, daha sonra 100 dolları da keçmişdi. Şirkət həmin gün IPO qiyməti ilə müqayisədə 17% artımla 97,17 dollardan bağlanmışdı.

Lakin sonrakı günlərdə süni intellekt şirkətlərinin yüksək bazar qiymətləndirmələri, sektor üzrə rəqabət və məlumat mərkəzlərinə böyük həcmdə investisiyaların maliyyələşdirilməsi ilə bağlı narahatlıqlar səhmlərə satış təzyiqini artırıb.

Reuters-in məlumatına görə, noyabrın 24-də ticarət zamanı Anthropic səhmləri 12,6% ucuzlaşaraq 76,60 dollara qədər geriləyib. Bu enişdən sonra şirkətin bazar dəyəri təxminən 1,5 trilyon dollar səviyyəsində qiymətləndirilib.

Bloomberg-in məlumatına görə, Anthropic-in IPO-suna institusional investorların marağı yüksək olub. Təklif edilən səhmlərə tələbat 500 milyard dolları ötüb. Bununla belə, səhmlərə sifariş verən institusional investorların yarıdan çoxu istədiyi həcmdə pay əldə edə bilməyib.

Şirkətin Claude Code kimi məhsullarının sürətlə yayılması və oktyabrın sonunda illikləşdirilmiş gəlir göstəricisinin 81 milyard dollara çatması investorların marağını artıran əsas amillər sırasında göstərilir. Bununla yanaşı, Anthropic-in 2045-ci ilədək təxminən 901 milyard dollara çata biləcək xərclərlə bağlı öhdəlikləri də diqqət çəkir.

(Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə