Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Avropanın ən böyük qaz təchizatçılarından biri kiberhücumla üzləşib

Avropanın ən böyük qaz təchizatçılarından biri kiberhücumla üzləşib

Norveçin enerji nəhəngi Equinor-a kiberhücum edilib

Norveçin enerji şirkəti Equinor bəzi informasiya texnologiyaları sistemlərinin davam edən kiberhücuma məruz qaldığını açıqlayıb.

ENA.az xəbər verir ki, Avropanın ən böyük təbii qaz təchizatçılarından biri olan şirkət hücum aşkar edildikdən sonra müvafiq dövlət qurumlarını məlumatlandırıb.

Equinor hücumun şirkətin istehsal və əməliyyat fəaliyyətinə təsir göstərmədiyini bildirib. İndiyədək məlumatların oğurlanmasına dair hər hansı əlamət də aşkarlanmayıb.

Şirkət kiberhücumu zərərsizləşdirmək və informasiya sistemlərinin təhlükəsizliyini tam bərpa etmək üçün bütün zəruri resursları səfərbər etdiyini açıqlayıb.

Norveçin Milli Təhlükəsizlik Qurumu (NSM) hadisədən xəbərdar olduğunu və ehtiyac yarandıqda şirkətə dəstək göstərdiyini bildirib.

Reuters-in məlumatına görə, hücum nəticəsində şirkətin bəzi daxili İT sistemlərində və elektron poçt xidmətində fasilələr yaranıb. Bununla belə, enerji istehsalı və əməliyyatlar normal davam edib.

Qeyd edək ki, Norveçin Milli Təhlükəsizlik Qurumu ötən ay ölkədə kiberhücum riskinin qiymətləndirilməsini beşpilləli şkala üzrə dördüncü səviyyəyə yüksəldib. Qurum son altı ayda Norveç şirkətlərinə qarşı uğurlu kiberəməliyyatların sayının üç dəfə artdığını bildirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə