Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb

AZAL-la Tbilisiyə uçanların sayı 9% artıb

2018-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 95 052 sərnişin daşıyıb.

Bu barədə qonşu ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb. 

Məlumata görə, bu, 2017-ci illə müqayisədə 8 008 nəfər və yaxud 9,1% çoxdur. Ötən il Azərbaycanın milli aviadaşıyıcısının Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib. 

Qeyd edək ki, 2017-ci il sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları həm də AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkəti həyata keçirir. 

Ötən il xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 4 950 334 sərnişin daşıyıb. Sərnişinlərin sayına görə ilk üçlükdə Macarıstanın lou-kosteri “Wizz Air” (587 179 nəfər), “Türk Hava Yolları” (559 749 nəfər), “Gürcüstan Hava Yolları” şirkəti (550 831 nəfər) yer alıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə