Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Azərbaycanda turistlər ən çox hansı xidmətlərdən narazı qalıb – SİYAHI

Azərbaycanda turistlər ən çox hansı xidmətlərdən narazı qalıb – SİYAHI

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana gələn 98 408 xarici turist ölkədə onlara göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Narazılıqlar arasında nəqliyyat, ictimai iaşə, yerləşmə və bələdçi xidmətləri əsas yer tutub.

Məlumata görə, xidmətlərdən məmnunluq üzrə statistik bölgüdə 1 milyon 74,2 min xarici ziyarətçi əhatə olunub. Onların 975 838 nəfəri bütün xidmətləri qənaətbəxş, 98 408 nəfəri isə qeyri-qənaətbəxş hesab edib. Beləliklə, həmin statistik bölgüyə daxil olanların 9,2%-i xidmətlərdən narazı qalıb.

Ən çox narazılıq digər xidmətlər kateqoriyasında qeydə alınıb – 19 381 nəfər. Konkret xidmət növləri arasında isə taksi xidməti 16 447 nəfərlə birinci yerdədir.

Avtobusla sərnişindaşıma xidmətindən 16 318, ictimai iaşə xidmətlərindən isə 15 960 nəfər narazı qalıb.

Yerləşmə xidmətlərini qənaətbəxş hesab etməyənlərin sayı 11 051 nəfər, bələdçi xidmətlərindən narazı qalanların sayı isə 10 132 nəfər olub.

Metro ilə sərnişindaşıma xidmətlərini 6 889 nəfər, turagent və turoperatorların xidmətlərini isə 2 230 nəfər qeyri-qənaətbəxş qiymətləndirib.

Narazılıqların xidmət növləri üzrə bölgüsü:

Xidmət növü

Narazı turistlərin sayı

Payı

Digər xidmətlər

19 381

19,7%

Taksi

16 447

16,7%

Avtobus

16 318

16,6%

İctimai iaşə

15 960

16,2%

Yerləşmə

11 051

11,2%

Bələdçi

10 132

10,3%

Metro

6 889

7,0%

Turagent və turoperator

2 230

2,3%

Cəmi

98 408

100%

Dövlət Statistika Komitəsi

Ən çox narazı turistlər hansı ölkələrdəndir?

Ölkələr üzrə bölgüdə ilk yeri Rusiya tutur. Bu ölkədən gələn 29 633 turist Azərbaycanda göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Onların ümumi narazı turistlər arasında payı 30,1% olub.

İkinci yerdə 12 832 nəfərlə Türkiyə, üçüncü yerdə isə 5 001 nəfərlə Qazaxıstan qərarlaşıb.

İsraildən gələn 4 708, Pakistandan 4 451, Çindən 4 318, Hindistandan isə 3 581 nəfər xidmətlərdən narazı qaldığını bildirib.

Gürcüstandan gələn turistlər arasında bu göstərici 3 347, Özbəkistandan gələnlərdə isə 3 345 nəfər təşkil edib.

Bununla yanaşı, ayrı-ayrı ölkələrdən gələn narazı turistlərin mütləq sayı həmin ölkələrdən turizm axınının həcmindən də asılıdır. Buna görə yalnız bu rəqəmlərlə hansı ölkənin turistlərinin daha narazı olduğunu müəyyənləşdirmək düzgün olmaz.

Mənbə:banker.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə