Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq

“Azərbaycanda orqan transplantasiyası, uşaqlarda ürək qüsurunun aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasına baxacağıq”.
Bunu maliyyə naziri Samir Şərifov bildirib.
!@#
O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində danışıb. Bununla belə, nazir artımın nə qədər olacağını açıqlamayıb.











