Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 28% artırılır

Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 28% artırılır

Azərbaycan hökuməti gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 302.8 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 28.3 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyon 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə