Azərbaycanın ən böyük zərgərlik şirkəti bağlandı

Azərbaycanda fəaliyyət göstərən ən böyük zərgərlik şirkətlərindən biri ləğv edildi.
ENA.az xəbər verir ki, “Levata Group” MMC ləğv olunduğunu elan edir.
!@#
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 80 ünvanına bildirə bilərlər.
Bildirək ki, Levata Group şirkəti öz fəaliyyətini 2006-cı ildən başlayaraq aparır. Bu şirkət Magerit, Favero, Giorgio Visconti, Claudio Fiorentino, Penny Preville, Parla, Montegrappa, Alcozer&J, Pandora, Nomination, Tous, Rebecca, Vintage in Villa, Dueci Bijoux kimi tanınmış zərgərlik brendləri ilə əməkdaşlıq edir.
Onu da qeyd edək ki, Bu gün şirkət Bakıda Ant Hill, Faro və Vitrage kimi multi-brend, həmçinin Pandora və Montegrappa kimi konseptual mağazalar ilə təqdim olunur.











