Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazdı

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazdı

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-nin yeni bazara çıxışının Azərbaycan bankçılığının beynəlxalq inkişafı baxımından əhəmiyyəti, ABB DAVR brendinin perspektivləri, eləcə də Bankın texnoloji imkanları və gələcək hədəfləri diqqətə çatdırılıb.

Nəşr ABB-nin Özbəkistanın Davr Bankındakı əsas nəzarət səhm paketini əldə etməsini Bankın 2026–2028-ci illər üzrə inkişaf strategiyasında nəzərdə tutulan coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım kimi qiymətləndirib. ABB DAVR-ın fəaliyyətə başlamasının Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha güclənməsinə xidmət edəcəyini vurğulayıb.

Məqalədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Bankın beynəlxalq inkişaf perspektivləri ilə bağlı fikirlərinə də yer verilib. O bildirib ki, əsas məqsəd Özbəkistanın aparıcı müasir özəl banklarından birini formalaşdırmaqdır.

Euronews ABB-nin həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində nailiyyətlərini geniş işıqlandırıb.

Euronews-un qənaətinə görə, ABB-nin Özbəkistan bazarına daxil olması Bankın texnologiya, innovasiya və uzunmüddətli regional əməkdaşlıq üzərində qurulan inkişaf modelinin yeni mərhələsidir.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə