Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Maliyyə sektorunun aktivlərinin qeyri-neft-qaz ÜDM-nə nisbəti isə 71 % təşkil edir. Yanvar-iyun aylarında sektorun bütün seqmentləri üzrə artım müşahidə olunub. Bununla belə, əsas komponent yenə bank sektorudur. Bankların aktivləri ümumi aktivlərin 94 %-ni təşkil edir, - deyə o qeyd edib.

A.Həsənonun sözlərinə görə, hesabat dövründə beynəlxalq konyuktur Azərbaycan üçün əlverişli olub, xarici ticarətdə müsbət saldo davam edib, ölkənin strateji valyuta ehtiyatları artıb: "AMB isə öz növbəsində həyata keçirdiyi pul siyasəti, eləcə də makroprudensial siyasət ilə iqtisadiyyatın davamlılığını və maliyyə sabitliyinin qorunmasını dəstəkləyib".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə