Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“Azsığorta”nın keçmiş sədri “Meqa Həyat Sığorta”nın rəhbərliyinə gətirilib

“Azsığorta”nın keçmiş sədri “Meqa Həyat Sığorta”nın rəhbərliyinə gətirilib

“Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Anar Talıbov bu ilin sentyabr ayında yaradılmış və hələ lisenziya almamış “Meqa Həyat Sığorta” ASC-nin İH-nin sədri təyin edilib.

“ENA” xəbər verir ki, o, bu vəzifədə Hamlet Qarayevi əvəz edib.

Xatırladaq ki, A.Talıbov elə sentyabrda “Azsığorta”dakı vəzifəsindən azad edilərək şirkətin Direktorlar Şurasına üzv seçilmişdi.

Nizamnamə kapitalı 11 milyon manat olan “Meqa Həyat Sığorta”nın təsisçisi 100% “Meqa Sığorta” ASC-dir. Hər iki şirkət eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da dövlət qeydiyyatına alınıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə