Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Bakı polisindən koronavirus açıqlaması

Bakı polisindən koronavirus açıqlaması

"Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb". 

Bu barədə "ENA"ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.

Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə