Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

“Baktelecom”da kadr dəyişikliyi olub

“Baktelecom”da kadr dəyişikliyi olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Süleyman Əhmədov vəzifəsindən azad edilib.

!@#

ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Şükür Məmmədova həvalə olunub.

S.Əhmədov bu vəzifəyə ötən ilin aprel ayıda təyin edilmişdi.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə