Əsas məzmuna keç
Bakı +17°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Banklara dollar satıldı - HƏRRAC

Banklara dollar satıldı - HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 74,2 milyon dollar satıb.

“Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən 5 milyard 3,7 milyon dollar məbləğində xarici valyuta satılıb. Ümumilikdə ARDNF bu il valyuta hərraclarında 6,8 milyard dollar məbləğində xarici valyuta satmağı planlaşdırır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə