Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bankların gəlirlərinin 74 faizi kreditlərdən formalaşır

Bankların gəlirlərinin 74 faizi kreditlərdən formalaşır

Bu ilin yanvar-aprel aylarında bankların ümumi xalis mənfəəti 345,2 milyon manat təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü lə müqayisədə 39,2% çoxdur.

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 97,1 milyon manat (artım 34,6%) olub. Bunun 810 milyon manatı (artım 20,1%) verilmiş kreditlər üzrə faiz gəlirləridir. Bu ümumi gəlirlərin 74%-i deməkdir. Bankların qeyri-faiz gəlirləri 14,5% artaraq 374,9 milyon manata yüksəlib.

Bu dövrdə bankların faiz xərcləri 268,4 milyon manat (artım 39,1%) olub. Depozitlər üzrə faizlərin ödənilməsinə 190,5 milyon manat (artım 41,8%) xərclənib. Qeyri-faiz xərcləri 668,1 milyon manat (artım 22,2%) təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə