Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sosial

Böyük Britaniyada 3,8 milyon insan ifrat yoxsulluq içində yaşayır

Böyük Britaniyada 3,8 milyon insan ifrat yoxsulluq içində yaşayır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ENA.az xəbər verir ki, Böyük Britaniyada 2025-ci ildə təxminən 3,8 milyon insan, o cümlədən 1 milyona yaxın uşaq ərzaq, geyim, istilik və şəxsi gigiyena kimi əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkib.

Joseph Rowntree Fondunun maliyyələşdirdiyi, Heriot-Watt Universiteti və Verian şirkətinin birgə apardığı araşdırmaya görə, ölkədə ifrat yoxsulluğun səviyyəsi 2022-ci ildə qeydə alınmış rekord göstəricidən aşağı düşməyib. Ötən il təxminən 1,8 milyon ailə bu vəziyyətlə üzləşib.

Araşdırmada ən yüksək göstərici London üzrə qeydə alınıb. Paytaxtda ailələrin təxminən 2%-i ifrat yoxsulluq şəraitində yaşayıb. Londonun Nyuham rayonunda isə bu göstərici 3%-i ötüb. Ən aşağı səviyyə İngiltərənin cənub-qərbində qeydə alınıb.

Tədqiqat göstərib ki, əmək qabiliyyətli yaşda olan tək yaşayan şəxslər, əlilliyi olan insanlar, etnik azlıqlar və miqrantlar ifrat yoxsulluq riski ilə daha çox üzləşirlər.

Xüsusilə miqrantların ümumi ifrat yoxsulluq yaşayan əhali arasındakı payı 2019-cu ildəki 25%-dən 2025-ci ildə 32%-ə yüksəlib.

Araşdırma 2025-ci ilin oktyabr-dekabr aylarında 120 təcili yardım təşkilatının xidmətlərindən istifadə edən 4 884 nəfər arasında keçirilmiş sorğular və 2026-cı ildə aparılan müsahibələr əsasında hazırlanıb.

(Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə