Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sosial

Azərbaycanda yeni doğulan körpələrin sayı 8 mindən çox azalıb

Azərbaycanda yeni doğulan körpələrin sayı 8 mindən çox azalıb

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 64 043 körpə dünyaya gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8167 nəfər və ya 11,3% azdır. 2025-ci ilin ilk doqquz ayında 72 210 doğum qeydə alınmışdı.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.

Eyni dövrdə ölənlərin sayı 510 nəfər artaraq 44 919 nəfərə çatıb. Doğumların azalması və ölümlərin artması nəticəsində əhalinin təbii artımı 27 801 nəfərdən 19 124 nəfərə düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2% azdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə