Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib

BP və SOCAR İsraildəki dəniz bloklarında təbii qaz kəşfiyyatı üçün müraciət edib

Böyük Britaniyanın enerji şirkəti olan BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Aralıq dənizində İsrailin dəniz hissəsində kəşfiyyat işlərinin aparılması üçün lisenziya almaq məqsədilə tenderdə iştirak edib.

 “Reuters” xəbər verir ki, söhbət burada aşkarlanan “Leviafan” və “Tamar” yataqlarının yaxınlığında yerləşən bloklarda təbii qaz ehtiyatları ilə bağlı kəşfiyyat işlərindən gedir.

BP və SOCAR İsrailin “NewMed Energy” şirkəti ilə birlikdə ötən bazar günü başa çatan dördüncü lisenziyalaşdırma mərhələsində iki dəniz bloku üçün müraciət edib.

“NewMed” artıq “Leviafan” yatağında təbii qaz hasilatı ilə məşğuldur. Şirkət bu yataqda 45 %-dən çox paya sahibdir.

Hərracın qalibləri bu ilin dördüncü rübündə açıqlanacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə