Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Çekə görə vergi ödəyicisinə 6 min manatadək maliyyə sanksiyası tətbiq olunacaq

Çekə görə vergi ödəyicisinə 6 min manatadək maliyyə sanksiyası tətbiq olunacaq

Xəbər verdiyimiz kimi, nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib. Nəzarət-kassa aparatının çekində tələb olunan məlumatların əks olunmadıqda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir.

ENA.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tələb olunan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə