Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

“Bank Respublika”nın törəmə şirkətinin rəhbəri dəyişib

“Bank Respublika”nın törəmə şirkətinin rəhbəri dəyişib

“Bank Respublika” ASC-nin törəmə şirkəti “Respublika İnvest” MMC-də rəhbər dəyişikliyi baş verib. Elmir Kolosov Vaqif oğlu Vüsal Bağırov İlqar oğlunu əvəz edib.

Məlumata görə, dəyişiklik 2026-cı il mayın 20-də qeydə alınıb. Şirkətin nizamnamə kapitalı dəyişməyərək 120 min manat təşkil edib.

“Respublika İnvest” 2007-ci ilin martında “Bank Respublika” tərəfindən təsis olunub. Şirkət qiymətli kağızlar bazarında broker və diler əməliyyatları həyata keçirmək məqsədilə yaradılıb və həmin ilin sentyabrında müvafiq lisenziyalar alıb.

Şirkətin fəaliyyəti sonrakı illərdə dayandırılıb. “Bank Respublika”nın 2018-ci il üzrə maliyyə hesabatında törəmə müəssisənin ləğvi barədə qərar qəbul edildiyi göstərilsə də, “Respublika İnvest” hazırda qeydiyyatda qalır.

Qeyd edək ki, 2026-cı ilin iyulunda “Bank Respublika”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə “Respublika İnvest”in gələcək fəaliyyətinə dair məsələlər də daxil edilib. Həmin müzakirələrin yekun qərarı barədə məlumat açıqlanmayıb.

Mənbə:banker.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə