Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Edqar Abdullayev: Banklar fintexləri rəqib deyil, tərəfdaş kimi görməlidir

Edqar Abdullayev: Banklar fintexləri rəqib deyil, tərəfdaş kimi görməlidir
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycanda banklar yüksək gəlirli sahələrdə fəaliyyət göstərən fintex şirkətlərini hələ də rəqib kimi qəbul edirlər.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, banklar fintex şirkətlərinə yalnız rəqib və ya texnoloji təchizatçı kimi yanaşmamalı, onları bir çox sahələrdə strateji tərəfdaş kimi qəbul etməlidirlər.

“Biz fintexlər olaraq görürük ki, bankların baxışını dəyişmək çətindir. Böyük gəlirli sahələrdə banklar yenə də bizi rəqib olaraq görürlər. Bu işdə də ümidimiz Mərkəzi Bankadır”, – deyə Edqar Abdullayev bildirib.

O, Mərkəzi Bankın ədalətli ekosistemin qorunmasında, Azərbaycan Banklar Assosiasiyasının isə banklarla fintex şirkətləri arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Assosiasiya sədri qeyd edib ki, açıq bankçılığın və ani ödənişlər sisteminin inkişafı maliyyə sektorunun gələcəyi baxımından vacibdir. Bununla belə, rəqəmsallaşma prosesi etibarlı və təhlükəsiz infrastruktur üzərində qurulmalıdır.

Edqar Abdullayevin fikrincə, gələcəkdə banklar və fintex şirkətləri bir-birini əvəz edən deyil, tamamlayan vahid maliyyə ekosisteminin iştirakçıları olacaqlar. Sektorun sürətli, dayanıqlı və təhlükəsiz rəqəmsallaşması isə Mərkəzi Bank, banklar və fintexlər arasında düzgün əməkdaşlıqdan asılıdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə