Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Əli Əsədov: "Azərbaycanda hazırda yoxsulluq şəraitində yaşayanların sayı cəmi 5.5 faiz təşkil edir"

Əli Əsədov: "Azərbaycanda hazırda yoxsulluq şəraitində yaşayanların sayı cəmi 5.5 faiz təşkil edir"

“Azərbaycanda hazırda yoxsulluq şəraitində yaşayanların sayı 5.5 faiz təşkil edir”.

Bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülüb: “Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5.5 faiz təşkil edir”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə