Ermənistan ordusu general və iki polkovnikini itirdi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.
“ENA” xəbər verir ki, bu barədə Ermənistanın sosial media səhifələrində məlumat yayılıb.
!@#
Bundan başqa Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978) və Ağdərə istiqamətində isə Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyan (1972) ordumuz tərəfindən məhv edilib.












