Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6 % artıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6.1% çoxdur.

ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 289,71 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar  682,187 milyon manat, aksizlər üzrə daxilolmalar 38,793 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,078 milyon manat olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə