Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Gürcüstan iyulun 1-⁠də turistləri qəbul etməyə hazırlaşır

Gürcüstan iyulun 1-də turistləri qəbul etməyə hazırlaşır

Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

Bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.

Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.   

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə