Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

"Mercedes-Benz"in Azərbaycandakı distributoruna sığorta agenti fəaliyyəti üçün lisenziya verilib

"Mercedes-Benz"in Azərbaycandakı distributoruna sığorta agenti fəaliyyəti üçün lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Avtokapital-Azərbaycan" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Hazırda Azərbaycanda 59 hüquqi şəxs, o cümlədən 21 bank sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, "Avtokapital-Azərbaycan" "Mercedes-Benz"in Azərbaycandakı yeganə rəsmi distributorudur. "Avtokapital-Azərbaycan" 2012-ci ildə dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 2,179 milyon manat təşkil edir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə