Məşhur istirahət mərkəzi müsadirə olunan Tahir Qədəşov öldü

Atlant" ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya aparılacaq və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
Qeyd edək ki, bir neçə gün öncə Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzi müsadirə edilib. Məhkəmə qərarına görə, kompleks hərraca çıxarılacaq və Tahir Qədəşovun kürəkəni “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyevin aldatdığı insanlara dəyən ziyan ödəniləcək.
Tahir Qədəşov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, icraçı direktor Talış Məhəmmədovə isə şərti cəza verilib. Məhkəmə zamanı 2018–2022-ci illərdə mənzil satışları zamanı 171 vətəndaşa ümumilikdə 14 milyon manatdan çox ziyan vurulduğu və həmin pulun “Atlant”ın tikintisinə xərcləndiyi müəyyən edilib.











