Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Anthropic səhmləri rekord IPO-dan sonra əlavə ticarətdə 5% ucuzlaşıb

Anthropic səhmləri rekord IPO-dan sonra əlavə ticarətdə 5% ucuzlaşıb

Anthropic səhmləri rekord IPO-dan sonra əlavə ticarətdə 5% ucuzlaşıb

Süni intellekt şirkəti Anthropic-in səhmləri Nasdaq birjasında ilk ticarət gününü 17% bahalaşma ilə başa vursa da, birja bağlandıqdan sonrakı əməliyyatlarda təxminən 5% ucuzlaşıb.

ENA.az Bloomberg HT-yə istinadən xəbər verir ki, “Claude” süni intellekt modelinin yaradıcısı olan şirkətin səhmləri ilk ticarət sessiyasında 97,17 dollara yüksəlib. Bu, IPO zamanı müəyyən edilmiş 83 dollarlıq qiymətdən 17% çoxdur. Lakin əlavə ticarət saatlarında səhmlərin qiyməti təxminən 5% geriləyib.

İlk ticarət gününün yekununda Anthropic-in tam durulaşdırılmış bazar dəyəri təxminən 1,8 trilyon dollara çatıb. Bununla da şirkət dünyanın ən böyük yeddinci açıq səhmdar şirkəti mövqeyinə yüksəlib.

Səhmlərin ilkin bahalaşmasına baxmayaraq, şirkətin yüksək qiymətləndirilməsi və süni intellekt sektorunda rəqabətin güclənməsi investorların ehtiyatlı davranmasına səbəb olub. Qlobal bazarlarda süni intellekt şirkətlərinin böyük investisiya xərclərinin gəlirliliyi ilə bağlı narahatlıqlar da satış təzyiqini artırıb.

Anthropic-in IPO-suna tələb satışa çıxarılan səhmlərin həcmindən yeddi dəfə çox olub. Yaponiya investorları 9,4 milyard dollarlıq səhm almaq istəsələr də, onlara 3 milyard dollarlıq pay ayrılıb. Böyük Britaniya və kontinental Avropadakı fərdi investorlar isə ümumilikdə 1,1 milyard dollarlıq səhm əldə ediblər.

Şirkətin 81,3 milyard dollarlıq IPO-su iyunda SpaceX-in əlavə səhm satışı ilə birlikdə 86,25 milyard dollara çatan yerləşdirmə rekordunu da geridə qoyub. Özəl yerləşdirmə ilə birlikdə Anthropic-in cəlb etdiyi ümumi vəsait 107,3 milyard dollar təşkil edib.

IPO nəticəsində şirkətin yeddi təsisçisinin ümumi sərvətinin 166 milyard dollara çatdığı, yerləşdirmədə iştirak edən Goldman Sachs, Morgan Stanley və digər 20 bankın isə ümumilikdə 550 milyon dollar komissiya gəliri əldə etdiyi bildirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə