Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

"Moody's" Azərbaycanın bank sektorunda təmərküzləşmənin güclənəcəyini proqnozlaşdırır

"Moody's" Azərbaycanın bank sektorunda təmərküzləşmənin güclənəcəyini proqnozlaşdırır

Son 3-4 il ərzində Azərbaycanın maliyyə bazarında baş verən hadisələr nəticəsində ölkənin 3 bankı – “PAŞA Bank”, "Kapital Bank" və "Xalq Bank" ASC-lər sektordakı (bank aktivlərindəki) payını 35%-ə çatdırıb”.

"ENA" xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə illik konfransında qurumun təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

Onun sözlərinə görə, Azərbaycan bank sektoru 3 ildir ki, mənfəətlə işləyir, amma mənfəətin böyük hissəsi adları çəkilən 3 banka, eləcə də dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.

“Digər banklar isə ümumilikdə 4 ildir ki, zərərlə işləyirlər. Tədricən böyük banklarla kiçik banklar arasında fərq böyüyəcək”, - deyə o, qeyd edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə