"NATO heç vaxt genişlənməyəcəyinə söz verməyib"

"NATO-nun genişlənməsi davam edəcək və alyans heç vaxt bunun əksi barədə bəyanat yaymayıb".
ENA.az xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində bildirib.
!@#
"NATO heç vaxt genişlənməyəcəyinə söz verməyib. Hətta bizim təşkilatın təsis müqaviləsində deyilir ki, hər bir Avropa dövləti alyansa üzv ola bilər", - Stoltenberq bildirib.
Onun sözlərinə görə, 1970 və 1990-cı illərdəki Helsinki Yekun Aktı, Paris Xartiyası, Rusiya-NATO-nun təsis aktı və bir çox başqa müqavilələr hər bir dövlətin öz müqəddəratını sərbəst şəkildə təyin edə biləcəyini açıq şəkildə göstərir.











