Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

“Ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-⁠ni uşaqlar təşkil edir”

“Ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni uşaqlar təşkil edir”

“12 yaşdan kiçik olan uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür”.

Bunu Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

Onun sözlərinə görə, xəstəliyin gedişatına uyğun olaraq onlar müşahidə altında tutulur, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: “Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə