Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
TenderlərTender

Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisinə başlanılır

Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisinə başlanılır

“Azərsu” ASC ölkə prezidentinin 2 iyul 2020-ci il tarixli sərəncamına uyğun olaraq Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisi üçün açıq tender elan edib. 

ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. 

!@#

İddiaçılar ilkin sənədləri oktyabrın 5-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 14-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına - Təchizat və satınalmaların idarə olunması departamentinə təqdim edə bilərlər. Telefon: (012) 431-47-67/87 (daxili 10 33).

Təkliflərə oktyabrın 15-i, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Pirşağı Tullantı Sutəmizləyici Qurğusu bu ilin sonuna qədər istismara veriləcək. Sözügedən kollektor həmin qurğunun əsas gətirici xəttidir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə