Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Putin “Azovstal”a hücumu dayandırdı - “Bir milçək belə uçmasın”

Putin “Azovstal”a hücumu dayandırdı - “Bir milçək belə uçmasın”

“Mariupol şəhərində “Azovstal” sənaye zonasına hücum etmək lazım deyil”.

ENA.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə danışıb.

“Əsgərlərimizin həyatını qorumaq lazımdır. Katakombalara girmək lazım deyil, “Azovstal”da sənaye zonasını elə blokadaya almaq lazımdır ki, bir milçək belə uçmasın”, - deyə Putin söyləyib.

Şoyqu isə öz növbəsində qeyd edib ki, “Azovstal” zavodunun ərazisi istisna olmaqla, Mariupolun bütün hissəsi artıq Rusiyanın nəzarəti altındadır: ““Azovstal”la bağlı əməliyyatı başa çatdırmaq üçün Rusiya qoşunlarına 3-4 gün lazımdır”. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə