Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək

Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək

Sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək.

ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.

Eləcə də bax: Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq

Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə