Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Rusiya MN: Qarabağa sülhməramlıların daşınması ilə bağlı 170-⁠dən çox reys həyata keçirilib

Rusiya MN: Qarabağa sülhməramlıların daşınması ilə bağlı 170-dən çox reys həyata keçirilib

Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.

Rusiya Müdafiə Nazirliyinin (MN)verdiyi xəbərə görə, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib.

Bildirilib ki, noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə