Əsas məzmuna keç
Bakı +16°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

“Şahdağ”a dəmir yolu çəkiləcək

“Şahdağ”a dəmir yolu çəkiləcək

Prezident İlham Əliyev yeni istifadəyə verilən Bakı-Gəncə sürət qatarından danışıb. 

"BI" xəbər verir ki, ölkə başçısı qatarın istifadəyə verilməsi ilə Gəncəyə çatma vaxtının azaldığını deyib: "Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıb.

Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz "Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə