Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

"Siemens" Azərbaycandakı şirkətlərindən birini ləğv etdi

"Siemens" Azərbaycandakı şirkətlərindən birini ləğv etdi

Almaniyanın texnologiya nəhəngi - "Siemens" şirkətinə məxsus "Siemens Aktienqezelşaft" SC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 62 ("Marine Plaza" iş mərkəzi) ünvanına bildirə bilərlər.

Xatırladaq ki, ləğv olunan filial Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Ona Almaniya vətəndaşı Ceyms Hyuson (James Hewson) rəhbərlik edir. O, həm də "Siemens"ə məxsus "Siemens Energy Global GMBH and Co KG" şirkətinin yerli filialının rəhbəridir. Bu filial isə ötən il eyni hüquqi ünvanda yaradılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə