Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

Türkiyə şirkətləri Zəngilandakı “Dostluq Aqroparkı”na 120 milyon dollar yatırım edəcəklər

Türkiyə şirkətləri Zəngilandakı “Dostluq Aqroparkı”na 120 milyon dollar yatırım edəcəklər

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumuna qatılan 12-yə yaxın Türkiyə şirkəti Qarabağın bərpasında yer almaq, yatırım etmək istəyir.

Bunu İslam Gənclər Forumunun prezidenti Taha Ayhan deyib.

T.Ayhan qeyd edib ki, hazırda Qarabağda hava limanı, yol tikintisi, infrastruktur layihələrində, o cümlədən Türkiyə ilə Azərbaycanın ortaq layihəsi olan Zəngilanda yerləşən “Dostluq aqroparkı”nda 16-ya yaxın Türkiyə şirkəti iştirak edir.

“Yeni yaradılan “Dostluq Aqroparkı”na 120 milyon dollar yatırımın olacağı gözlənilir” – T.Ayhan əlavə edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə