Xarici inflyasiya təzyiqləri Azərbaycanda pul-kredit siyasətinə təsir göstərə bilər

Azərbaycanda inflyasiyanın artması pul-kredit siyasətini sərtləşdirə bilər.
Bu barədə Niderlandın "ING" qrupunun Qafqaz, Mərkəzi Asiya və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.
Bununla yanaşı o qeyd edib ki, Azərbaycan xarici inflyasiyanın çox yaxşı sabitləşdiricisinə malikdir.
"Lakin, digər tərəfdən, Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Aİ və ya Çin kimi ticarət tərəfdaşlarının təsirinə daha çox məruz qalır ki, bu da inflyasiya səviyyəsinə təsir göstərə bilər", - D. Dolqin qeyd edib.
İqtisadçının sözlərinə görə, inflyasiya 6% olan hədəf diapazonunun yuxarı həddindən davamlı olaraq kənara çıxdıqda, faiz dərəcəsinin artırılmasına ehtiyac yaranacaq.
Qeyd edək ki, "ING Group" mənzil-qərargahı Amsterdamda yerləşən və 1991-ci ildə əsası qoyulan Niderland beynəlxalq bank və maliyyə xidmətləri qrupudur.
Mənbə:report.az











