MALİYYƏ

Növbəti depozit hərracı elan edildi - MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 26-da depozit hərracı keçirəcək.  

Mərkəzi Bank noyabrın 26-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 350 milyon manat cəlb etməyi nəzərdə tutur.

Cəlb edilən vəsaitlər üzrə faiz dərəcəsi 7,76%-9,74% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department