Rəsmi

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu - SƏRƏNCAM

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)