Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et!
Yelo Bank korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender qarantiyasını banka gəlmədən, İnternet Bankçılıq platforması üzərindən tam onlayn əldə edə bilərlər.
Artıq bütün proses – müraciətdən sənədin alınmasına qədər – tam rəqəmsallaşdırılıb. Bu da sahibkarları banka gəlmək və ya fiziki növbələrdə vaxt itirmək kimi qayğılardan azad edərək, diqqətlərini yalnız öz biznes layihələrinə yönəltməyə imkan yaradır.
Yeni xidmətin əsas üstünlükləri:
✔️ Tam onlayn proses;
✔️ Müddət seçimində sərbəstlik;
✔️ Sürətli icra və nəticə!
Xidmət hazırda Bankın mövcud müştəriləri üçün keçərlidir. Sahibkarlar Yelo İnternet Bankçılıq portalına daxil olaraq cəmi bir neçə dəqiqə ərzində öz tender öhdəliklərini təmin edə bilərlər.
Yelo Bank real sektorun ehtiyaclarını dərindən analiz edərək, sahibkarların gündəlik fəaliyyətini sadələşdirən innovativ həllər təqdim etməyə davam edəcək. Daha ətraflı məlumat: https://ylb.az/ibank.
Kredit məbləğini kredit kalkulyatoru ilə hesabladıqda əlavə suallarınız yaranır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


















