Bank

Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-nin elektron pul təşkilatı lisenziyaları ləğv edilib.

Bu barədə ENA.az-a Mərkəzi Bankdan məlumat daxil olub.

Bellə ki, İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)