AYİB-in manatla olan istiqrazları üzrə son kupon ödənişi ediləcək
1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) emissiya etdiyi, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə son kupon ödənişi həyata keçiriləcək.
Son kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 610 manat təşkil edəcək. Bu da iyulun 1-I ilə müqayisədə 2 % azdır.
Xatırladaq ki, istiqraz emissiyasının ümumi dəyəri 50 milyon manatdır. Söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Rüblük kupon ödənişi istiqrazların illik faiz dərəcəsinin 6,44 % müəyyən edildiyindən xəbər verir.
Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.


















