Bank

“Kapital Bank”da yeni təyinat

“Kapital Bank” ASC-nin Maliyyə Risklərinin İdarəedilməsi departamentinin direktoru vəzifəsinə təyinat olub.

ENA.az xəbər verir ki, Məmməd Həsənov Kapital Bank-da Maliyyə Risklərinin İdarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, 2025-ci ilin sentyabr ayından 2026-cı ilin aprel ayına kimi həmin bankda Maliyyə risklərinin idarə edilməsi departamentinin direktor müavini kimi çalışıb.

Məmməd Həsənov karyerası ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Sabitliyinin Təhlili və Modelləşdirilməsi bölməsində kiçik iqtisadçı və iqtisadçı, həmçinin “PASHA Holding” MMC-də risk analitiki vəzifələrində çalışmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)