"Brent" neftinin qiyməti 92 dolları ötüb (22.07.2026)
Londonun ICE birjasında "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti iyunun 11-dən bəri ilk dəfə bir barel üçün 92 dollar həddini keçib.
ENA.az xəbər verir ki, bunu ticarət meydançasının məlumatları göstərir.
Məlumata əsasən, Brent markalı neftin qiyməti 1,12% bahalaşaraq bir barel üçün 92,03 dollara yüksəlib.


















